Yoluxma azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan XALQ.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.


Ölkədə son sutka ərzində 5438, hazırkı dövrədək isə 2576454 test aparılıb.


Azərbaycanda indiyədək ümumilikdə 233770 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228299 nəfər müalicə olunaraq sağalıb, 3209 nəfər vəfat edib, aktiv xəstə sayı 2262 nəfərdir.