“Trendə düşməyin iki variatı var. Biri sən özün onu trendə salırsan yəni pul ödəyirsən. Beləcə düşürsən trendə. Biri də var ki, mahnı özü bəyənilir və trendə düşür. Əsl trend də budur”.

XALQ.AZ məlumat verir ki, , bu sözləri Əməkdar artist Ədalət Şükürov qonaq olduğu “Afaqla 10lar” verilişində deyib.

Sənətçi tez-tez tənqid və müzakirə olunan trend mövzusu ilə bağlı bu fikirləri səsləndirib:

“Müğənni istəyirəm ki, o 20-25 il olmayandan sonra oxuduğu mahnılar populyar olsun. İndi populyar olmağa nə var ki… Klip çəkirlər, yükləyirlər “YouTube”a, pulunu ödəyirsən mahnı trend olur. Amma həmin pulu ödəməyəndən sonra görürsən ki, klip artıq trend də deyil, siyahıda düşüb aşağa və itib. Saxta yolla birinci olmaq üçün belə yollara əl atmaram. O zaman özüm-özümü aldatmış olacağam. Mənə bunlar lazım deyil. Müğənni var ki, şəhərdə bir adamdan onun mahnısını züm-zümə etməsini istəsəniz, o edə bilməyəcək. Amma buna baxmayaraq o treddədir”.OLAY


media-ads728x90

Bənzər xəbərlər