“Yunanlarla erməniləri birləşdirən ümumi türk düşmənçiliyidir

 

49

“1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan təmizləməklə türklər Azərbaycan dövlətçiliyinə qardaşlıq mövqeyini nümayiş etdirdilər və Azərbaycan xalqını darda qoymadılar”.

 

Bu fikirləri  Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı 15 sentyabr tarixindən danışakən deyib. O qeyd edib ki, bu tarix bizim üçün mühüm əhəmiyyət daşıyır:

 

“15 sentyabr tarixi bizim üçün çox dəyərli bir tarixdir. Türk qardaşlarımızın köməyi ilə 1918-ci il sentyabr ayının 15-də Nuru paşanın rəhbərliyi altında  Qafqaz İslam Ordusu Bakını  erməni-bolşevik işğalından azad etdi. Beləliklə, bolşeviklərin, eləcə də erməni daşnaklarının Bakıdakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.  Türk qoşunlarının Azərbaycana gəlməsinə Avropa dövlətlərinin etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi”.

 

T. Rüstəmxanlı qondarma “erməni soyqırımı” ilə bağlı da fikirlərini bölüşüb, bildirib ki, ermənilərin bu addımı vaxtilə türklərə və azərbaycanlılara qarşı törətdikləri vəhşiklikləri ört-basdır etmək məqsədi daşıyır:

 

“ Qondarma “erməni soyqırımı” yalanlarını ermənilər illər keçəndən sonra gündəmə gətirməklə, özlərinin çirkin əməllərini gizlətməyə çalışırlar. Tarix nə qədər saxtalaşdırılsa da, bu, çox yaxın tarix olduğu üçün ciddi araşdırıldıqda, bütün detallar açıq şəkildə ortaya çıxır. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Hallar Komissiyasının vaxtilə  araşdırdığı məlumatlarda mart ayında Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin  bizə qarşı soyqırımı törətdikləri açıq şəkildə  sübut olunub. Ermənilər Doğu Anadoluda və bu günkü Ermənistanın yerləşdiyi Qərbi Azərbaycanda, eyni zamanda, Bakıda özlərinin həyata keçirdiyi gerçək soyqırımı  ört-basdr etmək üçün qondarma soyqırımı yalanını uydurublar.

 

ATEV rəhbəri bir müddət əvvəl R.T.Ərdoğanın ermənilərə başsağlığı verməsindən də danışıb:

“Ermənilərə başsağlığı verməklə onlar soyqırımdan imtina edən deyillər. Ermənilər törətdiklərinə görə ciddi şəkildə cəza almağa layiqdirlər. Başsağlığı  bir  etiraf xarakteri daşıyır. Əgər başsağlığı verilməsi vacib idisə, həmin dönəmlərdə türklər daha çox öldürülmüşdü. Həmin başsağlığı  türklərə verilməldir, ermənilərə yox! Bu başsağlığı ermənilərin könlünü xoş etmək üçün verildi.  Ancaq tarix boyu soyqırma məruz qalan türklər olub. Ermənilər başsağlığı ilə kifayətlənməyəcəklər, onların təzminat və torpaq iddiaları var”.

 

Tənzilə xanım Yunanıstan parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməsinə də diqqət çəkib:

 

“Fransa höküməti də belə bir qanun qəbul etmişdi. Sonra da onların konstitusiyası bunu rədd etdi. Söz azadlığından danışan Avropa belə bir qanun qəbul edirsə, onların söz və fikir azadlığından danışmağa ixtiyarları belə yoxdur. Bu addım Yunanıstandan gözlənilən addım idi. Tarix  boyu yunanlar  türkün düşməni olublar. Təkcə yunanlar yox,  Avropanın bir çox ölkələri Türkiyənin  zəif olduğu məqamda erməni məsələsini gündəmə gətiriblər. Buna görə də, Türkiyənin bir dövlət olaraq, güclü olması lazımdır ki, erməni məsələsi gündəmə gələndə onun cavabı verilsin. Yunanlarla,

 

Kiprin Rum kəsimi arasında heç bir qohumluq əlaqəsi yoxdur. Necə olur ki, Yunanıstan Türkiyəyə Kipr məsələsində ciddi təpkilər verir. Bütün bu maraqların arxasında türklərə qarşı nifrət hissi dayanır.  Yunanları ermənilərlə birləşdirən ümumi türk düşmənçiliyidir. Türk millətinin əleyhinə nə pislik etmək olarsa, Yunanıstan onu etməyə hazırdır. Yunanların və ermənilərin soyqrımlarda törətdikləri vəhşilik prinsipləri arasında çox oxşarlıq var”.

Aktual.az