“Yüz mindən çox evsiz-eşiksiz adam var”

Evsiz

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Komissarı sədrinin müavini Flavia Pansieri Qəzzada evsizlikdən əziyyət çəkənlərlə bağlı açıqlama verib.

BM İnsan Haqları Şurasının “İşğal altındakı Fələstin torpaqları” adlı iclasda Pansieri son aylarda Qəzzada və Şərqi Qüds daxil olmaqla, Qərbi Şəriyədə insan haqları vəziyyətinin dramatik bir şəkildə pisləşdiyini bildirib.

Hücumlarda ölən 2158 fələstinlinin 479-nun sıravi vətəndaş olduğu, bunun isə 506-nın uşaq olduğu qeyd edilir. “Ən dəhşətli məqamlardan biri isə yüz mindən çox insanın evsiz-eşiksiz olmasıdır”, deyə Pansieri sözlərinə əlavə edib.

Qeyd edək ki, BMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşma əldə olunub.