Yüzlərlə erməni əsgərinin cəsədi aşkarlanıb

Axtarış işləri nəticəsində Dağlıq Qarabağda 890-dan çox erməni hərbçisinin cəsədi tapılıb XALQ.AZ Ermənistan KİV-nə yayımlanan məlumata istinadən xəbər verir ki, axtarış işləri aparılarkən 15 dekabr tarixinə 892 ölü hərbçinin cəsədi tapılıb.

Sözügedən saytın məlumatına görə, bu barədə Fakt İnfoya qondarma rejimin Dövlət Təcili Xidmətindən informasiya verilib. Axtarışların davam etdiyi və göstərilən məlumatların bu gecə dəyişdiriləcəyi də qeyd edilib. Eyni mənbə bu gün Cəbrayıl və Füzulidə axtarışların davam etdiyini də bildirir.