Zəfər Paradında Ordumuzun qüdrəti nümayiş olundu

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları Zəfər Paradında çıxışı zamanı bildirdi ki, bu gün Azadlıq meydanında keçirilən Zəfər Paradında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Göründüyü kimi, Türkiyə bizim xoş günümüzdə də, çətin günümüzdə də bir yerdə olduğunu, sevincimizlə, çətin günümüzlə şərik olduğunu göstərib, həmişə də “bir millət, iki dövlət” olaraq da qalacaqdır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da çıxışında dediyi kimi, “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”. Azadlıq meydanında keçirilən 10 dekabr Zəfər Paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın məğlub, rəzilliyini bütün dünyaya nümayiş etdirdi: “Bu faktor da Ermənistanın bundan sonrakı məğlub, rəzil damğasına ilə yaşayacağına siyasi işarə oldu. 10 dekabr Zəfər Paradı, həqiqətən də tarixi günüdür. Çünki hər ilin son ayı olan dekabrın 31-i həmrəylik gününü qeyd edirdik və bununla yanaşı 30 il idi ki, düşmənin işğal etdiyi torpaqlarımızın, evindən, yurdundan qaçqın düşmüş soydaşlarımızın yurd, torpaq həsrətini də çəkirdik. Bu ilin 31 dekabr həmrəylik günü isə daha fərqli – 30 illik həsrətə 44 gündə Qarabağ Azərbaycandır! Qələbəsi ilə qoşulacağıq. Bir daha “Dağlıq Qarabağ” problemi olmayacaq! Bu problemə NİDA! qoyuldu. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbəmizdir. Və 10 dekabrda Zəfər Paradı dekabr ayına daxil olan ən böyük tarixi gün olacaq. Çünki bu Qələbə 30 il düşmən işğalında olan torpaqlarımızın azad olunduğu və həsrətində həsrətində olduğumuz Qələbə paradı idi. Bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş edilən Paradı idi. Və nəhayət, bu Qələbə Paradı torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu Zəfər Paradıdır”.

This image has an empty alt attribute; its file name is 1607615243.jpg

“Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi”,- deyən M.Məmmədov onu da vurğulayıb ki, bu Azərbaycanın tarixi, parlaq qələbəsidir: “Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edilməsi tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı”.

M.Məmmədov onu da vurğulayıb ki, Zəfər Paradında Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyə-Azərbaycan birliyini əbədi olduğunu deyərək çətin və sevincli günlərdə həmişə bir olacaqlarını deyib: “Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”.

“Sonda bir daha vurğulamaq istərdim ki, istər 44 gün Vətən Müharibəsi, istərsə də bu günümüzün Zəfər Paradı bir daha Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkə olduğunu sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Paradında çıxışı zamanı Böyük şair, mərhum Bəxtiyar Vahabzadənin bu birliyimizi ifadə edən şeri bir daha qardaşlığını ən gözəl təcəssümüdir: ”

Bu gün də – Vətən Müharibəsinin ilk günündən bu günə kimi, 44- günü Türkiyə Azərbaycanın yanında olub, tarixi Qələbə Zəfərinə birlikdə sevinib. Azərbaycan-Türkiyə həmişə sevincli, kədərli günlərində eyni sevinci, eyni kədəri keçirib və bu gün də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirakı bir daha bu qardaşlığın ayrılmaz, bir olacağının təsdiqidir.

Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev cənablarının dediyi kimi: “Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir! Füzuli bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Kəlbəcər bizimdir! Laçın bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Xalqımı, bütün türk dünyasını Zəfər bayramız, Qələbə Paradımız, Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq Qarabağ Azərbaycandır! – günlərimizi təbrik edirəm!”