Zəfərimiz Azərbaycanın şanlı tarixidir

Xəbər verdiyimiz kimi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Anım Günü ilə əlaqədar xalqa müraciət edib.

ölkə başçısı çıxışında qazanılan qələbədən və bu qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizn əvəzolunmaz xidmətlərindən danışıb. Eyni zamanda 44 günlük Vətən müharibəsində ölkəmizə dəstək göstərənlərə də təşəkkürünü bildirib. Bununla yanaşı xüsusilə vurğuladı ki, əgər erməni faşizmi yenidən baş qaldırsa, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaratsa, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!

Millət vəkili Vüqar İsgəndərov açıqlamasında İlham Əliyevin Anım Günündəki bu çıxışını, tarixi çıxış adlandırdı:

“Bu gün ölkəmizdə Anım Günü olmaqla yanaşı, həm də qürur günümüzdür. Bu qələbəni bizə yaşadanların günüdür. Bu gün məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın yenilməz ordusunun 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı 44 günə işğaldan təmizlədiyi o şərəfli gündür. Biz bir daha hamılıqla bu qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsi qarşısında, qazilərimizn qəhrəmanlığlı qarşısında baş əyirik!”.“Dəmir yumruq” əməliyyatına toxunan deputat bildirdi ki, Prezidenti İlham Əliyevin hər dəfə çıxışında Ermənistana “Dəmir yumruq” xəbərdarlığı bu ölkənin yenidən hər hansı təxribata yol verəcəyi təqdirdə acı məğluniyyətlə üzləşəcəyindən xəbər verir. Düşmən yenidən təxribata cəhd etsə, axırı lap pis olacaq. Bilirsiniz, bu Ali Baş Komandanın qorxmaz, məqsədli və ən əsası düzgün siyasət yürütməsinin nəticəsidir”.Deputat ölkə başçısının 44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə təşəkkür etməsini iki qardaş ölkənin birliyinin ən yüksək göstəricisi kimi dəyərləndirdi:“Hamıya məlumdur ki, qardaş Türkiyə və qardaş türk xalqı 44 günlük Vətən müharibəsində Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkımizə böyük siyasi dəstək oldu. Bütün dünya dövlətləri bir daha bu qardaşlığın, dostluğun möhkəm təməllər üzərində qurulduğunun şahidi oldu. Əbəs yerə “bir millət, iki dövlət” ifadəsi yaranmayıb. Bu ifadə iki ölkənin güc birliyinin göstəricisi, qardaşlığının simvolik rəmzi ifadəsidir”.Millət vəkili son olaraq qeyd etdi ki, II Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir:“Bu şanlı Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qeyd etdiyim kimi, Ali Baş Komandanın,şəhidlərimizin və qazilərimizin hesabına biz bu tarixi əbədi olaraq beynimizdə həkk etdik!”