Zəfərimiz Sizin xalqa olan sədaqətinizin nəticəsidir-Prezidentə məktub

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təşəkkür və təbrik məktubları gəlməyə davam edir.

XALQ.AZ el ağsaqqalı, Atakişi Quliyevin Ali Baş Komandan
Cənab İlham Əliyevin təşəkkür məktubunu təqdim edir.

Sizə, cənab Prezident, mənim xeyir-dualarım!


Möhtərəm cənab Prezident, ömrünün 30 ilini Respublikanın tanınmış bir neçə ağır sanaye müəssisələrinin rəhbəri olmuş və Sovetlər dövründə (1985-1991-1992-ci illərdə) Bakının Qaradağ Rayonunun Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri və İcra Hakimiyyəti başçısının I -ci müavini işləmişəm.
Dinimizi və Dövlətimizi sevən və onun həyatda nəticəsini görən şəxslərdən biriyəm. Tam məsuliyyatlə bildirmək istayirəm ki, Uca Allah-Təalə Respublikamıza son 60 ildə əsas iki şaxsiyyət bəxş etmişdir.
Onlardan birincisi Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev, ikincisi – onun davamçısı olan Sizsiniz. Heydər Əliyev Azərbaycan Respublikasının parçalanmasının qarşısını aldı, Siz isə Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etdiniz.
Uca Allah-Təalə ermani xalqına isə Paşinyan kimi bir rəhbər qismət etdi ki, erməni xalqının vəhşiliyini dünyaya tanıtdırdı və erməni xalqının mənfur xislətini bir daha bütün dünyaya sübut etdi.
Möhtərəm cənab Prezident, Sizin dünya mətbuatının nümayəndələrinin suallarına verdiyiniz cavablar və Respublikamızın televiziya kanallarından mütəmadi olaraq xalqa, cəbhədə əldə edilən nailiyyətlərdən məlumat verəndə xalqımızın sevinci sonsuz olurdu. Bu halı bizim ailə də yaşamışdır.

Möhtərəm cənab Prezident, Siz bəlkə də, o ağır günlərdə həddindən artıq gərgin iş rejimində çalışdığınıza görə, hiss etmirdiniz ki, bütün Azərbaycan xalqı, uşaqdan tutmuş böyüyə kimi Sizə, Mehriban xanıma və rəşadətli ordumuzun əsgər və zabitləri üçün necə ürəkdən dualar edirdi.
Möhtərəm cənab Prezident! Siz bizim 30 illik həsrətimizə son qoydunuz. Qarabağın incisi, tacı olan Şuşanı və bütün Qarabağı Azərbaycana qaytardınız. Bu hadisə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün düşmənin fəqərə sütunu qırıldı – Ermənistan təslim oldu va qaniçən Paşinyan bu baradə sənədi can çəkə-çəkə imzaladı. Bununla da, Qarabağ azadlığa qovuşdu. Bu rüsvayçı sülh Ermanistanı ayaqlara saldı, onun əsl kimliyini dünyaya göstərdi və türk yenilməzliyini bir daha külli-aləmə sübut etdi.
“Qarabağ Azərbaycandır” qanadlı ifadəsi indi dünyanı dolaşır. Bu, Sizin xalqa olan sədaqətinizin, ləyaqətinizin və sarsılmaz dəmir iradənizin məntiqi nəticəsidir. Eşq olsun Azarbaycan xalqına, onun Sizin kimi rəhbəri və Müzəffər Ali Baş Komandanına və şanlı qalib Ordusuna!
Möhtərəm cənab Prezident, yaşımın bu çağında əlimdən gələn Uca Allah-Təaləyə dualar edərək, Siza, xalqımıza və bütün türk dünyasına uğurlar, qələbələr arzulamaqdır. Xoşbəxt o xalqdır ki, onun ağıllı, uzaqgörən və müdrik rəhbəri var. Uca Allah-Təalə Sizi, xalqımızı və bütün türk ellərini qorusun!
Cənab Prezident, bütün türk dünyası Sizinlə fəxr edir və qürur hissi duyur!
Arzum budur ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu daha da möhkəmlənsin və əbədi olsun! Uca Tanrı türkü qorusun!

Sizə böyük hörmət və ehtiramla, 1982-ci ildən Respublikanın əməkdar mühəndisi, el ağsaqqalı Atakişi Quliyev