Zəlzələdən zərər çəkən hər ailəyə 10 min lirə veriləcək

Türkiyədə zəlzələdən zərərçəkən hər ailəyə 10 min lirə veriləcək.

Xalq.az xəbər verir ki, bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zəlzələ zamanı əziyyət çəkən ailələrə ilkin olaraq 10 min lirə veriləcək. İnşallah, bu rəqəm onların təlabatını qarşılayacaq. Bu gün birlik olmaq vaxtıdır, provakasiyalara uymaq olmaz”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir.