Zəngilanda gətirilən suriyalılar

Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi sənədlər aşkarlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşım edib.

O bildirib ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı tapılıb.

Dövlət rəsmisi bildirib ki, həmin suriyalılar Azərbaycan torpağına qanunsuz olaraq yerləşdirilib: “Bu, müharibə cinayətidir. Qanunsuz yerləşdirmə həmsədrlərin diqqətindən kənarda qaldı”.

XALQ.AZ