Zəngilanın işğaldan azad olunmasında iştirak edən əsgərdən anasına məktub – FOTO

Yeni çəkilən film şəhid analarına və Zəngilanın işğaldan azad olunmasına həsr olunub.

XALQ.AZ xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Fərid Həsənzadəyə aiddir və quruluşçu rejissoru Rüfət Hüseynovdur.

Filmin baş rolunu canlandıran əməkdar artist Suğra Bağırzadədir.

Filmin çəkilməsinin məqsədi vətən yolunda şəhidliyin nə qədər önəmli və şərəfli olduğunu izah etməkdir. Ssenarisi isə Zəngilan döyüşləri zamanı Zəngilanın işğaldan azad olunmasından bir neçə gün öncə döyüşdə iştirak edən oğul tərəfindən anaya yazılan son məktubdan bəhs edir.