Zərdabda ŞƏHİDİMİZ belə anıldı-Fotolar -Video

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də  Ağayev İlkin Tehran oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış İlkin Ağayevin bu gün 35 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Zərdabda da hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 35 yaşını qeyd etdiyimiz İlkin Ağayevin xatirəsi  yad olunub.

Zərdab  rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalov, Millət vəkili Jalə Əliyeva, Başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Gənclər və idman idarəsinin rəisi İlkin Əliyev,  Səfərbərlik və Hərbi Çağrış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov və rayon təşkilatlarının işçıləri Zərdab rayon  Körpükəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

RİH başçısı Mərdan Camalov və Millət vəkili Jalə Əliyeva şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də İlkin Ağayevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, İlkin  kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.