“Zərifə Əliyeva tibb elminə əvəzsiz töhfələr verib” Hüseynbala Mirələmov

 

YAP Xətai rayon təşkilatında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva anılıb FOTOLAR!

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətayi rayon təşkilatında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Xətayi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, müxtəlif dövlət qurumlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Xətayi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov böyük alim, akademik Zərifə xanım Əliyeva misilsiz xidmətlərindən danışıb: “Zərifə xanımın fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi. Bu adi məsələ deyil. O tibb elminə əvəzsiz töhfələr verib. Mənim 2010-cu ildə Moskvadakı dünyanın ən böyük nəşriyyatlarından olan “Molodoya qvardiya” nəşriyyatında dərc edilən  “Zərifə Əliyeva” adlı kitabım artıq 10 dilə tərcümə olunub. Bu kitab üzərində yenidən işləyirəm, araşdırmalar aparıram və Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci il dönümü ərəfəsində, yəni gələn il yenidən nəşr etdirəcəm. Bu əsər nəcib Azərbaycan qadını, görkəmli oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə Əliyeva haqqında əbədiyyət dastanıdır. Homerin “İliada” əsərində deyilir ki, bir yaxşı həkimin həyatı yüzlərlə, minlərlə insanın həyatına bərabərdir. Zərifə xanım Əliyeva elə bir həkim idi ki, o bütün həyatını tibb elminə, xalqımızın sağlam yaşamasına, elmimizin inkişfına sərf etdi”.
Tədbirdə çıxış edən Xətayi rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, 9 saylı poliklinikanın baş həkimi Aida Hüseynzadə, Zığ Sağlamlıq Mərkəzinin terapevti Nuranə İsabalayeva çıxış edərək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıblar.
Daha sonra YAP Xətayi raon təşkilatının yeni üzvlərinə partiya biletləri təqdim olunub. Sonda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ilödünümünə həsr olunan tədbirdə “Zəkalar” liseyinin hazırladığı ədəbi-bəddi kompazisiya nümayiş olunub.