Zərifə xanım Azərbaycan elmini dünyada təmsil edən böyük şəxsiyyətlərdəndir

27 aprel 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seşki dairəi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilən konfransda iştirak edib.
Tədbirdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi ilə yanaşı, eyni zamanda rayonun ictimai-siyasi aktivi də iştirak edib.
Çıxış edən Məzahir Əfəndiyev gözəl və təvazökar insan, istedadlı mütəxəssis-alim və görkəmli oftalmoloq Zərifə xanımın Azərbaycan elmini dünyada təmsil edən çox böyük şəxsiyyətlərdən olduğunu vurğulayıb.
Depuat bildirib ki, Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə tanış olduqda onun, hələ gənc yaşlarında oftalmologiyanın ən çətin və ən az təhlil olunmuş sahələrinə maraq göstərib. Görkəmli alim peşəkar oftalmoloq-həkim kimi sanballı tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələr verib və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rol oynayıb.
Həmçinin M.Əfəndiyev Zərifə xanımın Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi dünya şöhrətli siyasətçinin ən yaxın silahdaşı missiyasını şərəflə yerinə yetirdiyini, dövlətimizə, xalqımıza Prezident İlham Əliyev kimi Böyük Sərkrdə bəxş etdiyini xüsusi qeyd edib.
Digər çıxış edənlər də professional xəstəliklərinin müalicəsi və profilaktikasında əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs ediblər. Zərifə Əliyevanın oftolmologiya sahəsində böyük uğurlara imza atdığı, özündən sonra yaratdığı elmi məktəbin hazırda onun adını daşıyan Oftalmologiya Mərkəzində uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Eyni zamanda zərif və nəcib insan Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətləri, səmimiliyi və humanistliyi, ailəcanlılığı və insanlara qayğıkeş münasibəti ilə ürəkləri fəth etdiyi, onun əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.
Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə, mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.