Zabitimiz yaralandı

Zabit

Milli ordunun zabiti yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı bölmələri atəşkəs rejimini pozub.

Düşmənin avtomat silahından açılan atəşdən güllə daşa dəyib və daşdan qopan qəlpələrdən Silahlı Qüvvələrin zabiti leytenant Məlikov Famil Amil oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərilən leytenant F.Məlikovun səhhəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur.