Zahid Oruc Merkelin evindən danışdı

Zahid

“Almaniya kansleri Angela Merkel öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir”.

XALQ.AZ-ın məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü iclasında deyib.

Deputatın fikrincə, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: “Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiyaya meydan təfəkkürü ilə yanaşaraq bu ölkə ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil”.