Zakir Həsənov görüş keçirib

“ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 26-də Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və Azərbaycan ilə Çin arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.