Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün oktyabrın 24-də Brüsselə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstanda təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.