Zakir Qaralov Qazaxa gedir

Zakir

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov avqustun 15-də saat 11:00-da Qazax rayon prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Prokurorluğun mətbuat xidmətindən verdiyi məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.