“Zapı”da inəyi belə apardılar (VİDEO)

Sosial şəbəkədə Qazaxıstanın Pavlodar şəhərində çəkilən maraqlı videoçarx yayılıb.

XALQ.AZ-ın məlumatına görə, şahidlər arxa oturacaqda inək daşıyan “S 420 DWM” dövlət nömrə nişanlı bir “Zaporoje” maşınını çəkiblər.

Şahidlərin sözlərinə görə, onlar maşından “heyvanın spesifik qoxusunu” hiss ediblər. İnəyin və “Zaporoje” sürücüsünün nə hisslər keçirdiyini isə yalnız onların özləri bilir.

Bu videoçarx sosial şəbəkədə bəzilərinin gülüşünə səbəb olsa da bəzilərini dərin düşüncəyə salıb.