Zaur Axundova yeni vəzifə

Картинки по запросу zaur axundov

Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter” Peşəkar İdman Klubunun (PİK) Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının prezidenti də olan Axundov bundan sonra kluba rəhbərlik edəcək.

AFFA tərəfindən “İnter” PİK-ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.
Xatırladaq ki, Axundov bu ilin martında AFFA İcraiyyə Komitəsinə yeni üzv seçilib