Zelenski ölkədə dövlət çevrilişinin planlaşdırıldığını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını bildirib.
XALQ.AZ Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu barədə noyabrın 26-da keçirdiyi mətbuat konfransında açıqlayıb.
V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: “Bunun üçün milyardlarla dollar ayrılıb”.