Zelenski Rövnəq Abdullayevlə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin mətbuat xidməti yayıb. Görüş zamanı Zelenski SOCAR-ın infrastruktur layihələrinə, eləcə də Ukraynanın qaz nəqliyyat sisteminə investisiya yatırılması gərəkdiyini bildirib.

Zelenski Azərbaycana səfərini xatırladaraq, bu səfərin çox məhsuldar olduğunu da bildirib.