Zidan “Real”da baş məşqçi olacaq

Zidan

2006-cı ildə futbol karyerasını başa vuran əfsanəvi Zinəddin Zidan yaşıl meydanlara baş məşqçi kimi dönməyə hazırlaşır.

Xalq.az-ın xəbərinə görə, dünya futbolunun yaddaqalan ulduzlarından olan Zinəddin Zidan artıq köməkçi deyil, baş məşqçi olmağı planlaşdırır.

Belə ki, Fransanın ən nüfuzlu idman jurnallarından biri olan “France Football” Zinəddin Zidanının 2016-cı ilədn etibarən “Real Madrid”də baş məşqçi postuna gətiriləcəyini iddia edib.

“Real” Madriddə məşqçi olaraq çalışdığı gündən bəri əsl hədəfinin baş məşqçilik olduğunu tez-tez dilə gətirən Zinəddin Zidanın xəyalı gerçək olacaq.

Hal-hazırda “Real Madrid”də Karlo Ançelotti baş məşqçi, Zidan isə köməkçi məşqçi vəzifəsini yerinə yetirir. Məşhur jurnal Ançelottinin “Real Madrid”lə müqaviləsinin iki il sonra başa çatmasilə Zidanın postu italyan mütəxəssisdən təhvil alacağını və “Real Madrid”in ilk fransız baş məşqçisi olacağını yazıb.

Qeyd edək ki, onun bu posta gələcəyi ilə bağlı xəbərlər uzun müddət əvvəl yayılıb.