Zirəddin Rzayev forumda iştirak etdi-Fotolar

Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq Zirəddin Rzayev Rusiyada keçirilən “2023- ARMIYA” beynəlxalq hərbi-texniki forumunda Rusiya Dövlət Duması adından iştirak edib.

XALQ.AZ xəbər verir ki, həmyerlimiz Zirəddin Rzayev kliniki psixologiya və ezoterika ilə yanaşı eyni zamanda ictimai fəaliyyəti ilə də gündəmdədir.

O Rusiya İctimai Palatanın komissiya üzvü və həmçinin də Rusiya Dövlət Dumasının Millət Vəkili Anatoliy Voronovskinin köməkçisi vəzifəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Müəllimlər Institunda ibtidai təhsilin pedaqogikası və metodikası və psixologiya elmi üzrə ixtisaslaşmışdır. Moskvada isə Psixoterapiya və Tibbi Psixologiya Institutu, Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universitetində fəlsəfə və Kliniki Psixologiya elmləri üzrə ixtisaslara sahiblənmişdir.

Beynəlxalq hərbi-texniki forumdan fotoları təqdim edirik: