Rusiya Dövlət Dumasının üzvü Milonov qəribə bir təkliflə ictimaiyyətdə səs – küy yaratmışdır. Beləki o, ekstrasenslərin, astroloqların və bu kimi ezoterika ilə məşğul olanların fəaliyyətinin qanun çərçivəsində qadağan edilməsini irəli sürüb. Məsələ ilə bağlı Rusiyanın Dövlət Telekanslı “Moskva 24” məşhur ekstrasens Zirəddin Rzayevdən bu təklifə münasibət bildirməsini istəyib. Həmyerlimiz isə bildirib ki, hər kəsi bir quyuya atmaq olmaz: “Əsl ekstrasens eyni zamanda öz gücü ilə yanaşı həm də ali təhsilli psixoloq olmalıdır və insanlara eyni zamanda psixoloji yardım göstərməlidir”.

Bundan əlavə Zirəddin Rzayev öz telegram kanalında daha da sərt fikirlər bildirərək bu ifadələrdən istifadə edib:

“ROSPOTREBNADZOR açıq şəkildə bildirir ki, spirtli içkilər sağlamlıq üçün çox zərərlidir. Siqaretin üzərinə belə yazırlar: “Siqaret öldürür”. Lakin buna baxmayaraq, spirtli içkilərin və siqaretin satışı qadağan edilmir. Siqaret və spirtli içkilərdən əziyyət çəkənlərin sayı hər gün artır.
Ziraddin Rzayev bildirib ki,  Alkoqolizmdən əziyyət çəkən və ölən ailələrin sayı-hesabı yoxdur. Ancaq bəzi ifadələrə görə, əsas “problemlər” ekstrasenslərdir. Bunun arxasında hansısa qüvvələr var…
Qeyd edək ki, Zirəddin Rzayev özü də Rusiya Dövlət Dumasının əməkdaşıdır. O, Millət Vəkili Anatoliy Voronovskinin köməkçisi vəzifəsində çəlışır . Eyni zamanda Rusiya İctimai Palatanın komissiya üzvüdür.


media-ads-728x90

Bənzər xəbərlər