Zorakılıq səhnələrinə görə telekanala xəbərdarlıq edildi

Zor

Türkiyə “Radio Televiziya Ali Şurası” (RTÜK) “Pianoçu” filmini nümayiş etdirən televiziya kanalını cəzalandırdı.

XALQ.AZ-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin Diyarbəkir vilayətində yayımlanan Gün TV-yə RTÜK tərəfindən xəbərdarlıq olunub.

RTÜK-ün iddiasına görə, xəbərdarlığa filmdəki zorakılıq səhnələri səbəb olub.

“Pianoçu” filmi Oskar və Kann mükafatlarının laureatı olub.