Zorlanmamaq üçün özünü binadan atan qadın danışdı-Video

Bakıda təcavüzə uğramamaq üçün özünü binadan atan qadın danışıb.

 

XALQ.AZ  xəbər verir ki, qadını evə təmizlik işi üçün çağıran şəxs ona təcavüz etmək istəyib.

“Space” TV-yə danışan Zəminə Məmmədovanın sözlərinə görə, ona təcavüz etmək istəyən 27 yaşlı İlkin Vəlizadə evin qapısını bağlayıb:

“Mənə təcavüz etmək istəyən zaman onu itələdim və qapıya doğru qaçdım. Qapı bağlı olduğu üçün yalvardım ki, anan yaşında qadınam. Dedi, könüllü razılaş. Səni vuraram, özündən gedərsən, heç xəbərin də olmaz. İstədiyimi edərəm”.

Qadın bildirib ki, İlkin mənzildə kirayədə yaşayır:

“Kirayədə yaşadığını etiraf etdi. Dedi ki, sənə hər şey edərəm və çıxıb gedərəm. Heç kim məni tapa bilməz. Ona bildirdim ki, məni burax, heç kimə heç nə deməyəcəyəm, şikayət də etməyəcəyəm, sakitcə gedim.

Məni sürümək istədi. Onu itələyib yıxdım, mətbəxə tərəf qaçdım. Ondan sonra çıxılmaz vəziyyətdə qaldım və canımı qurtarmaq üçün özümü mənzilin pəncərəsindən atdım”.

Zərərçəkən qeyd edib ki, vətəndaşlardan kömək istəsə də, ona yardım edən olmayıb:

“Yalvardım ki, polis çağırın, amma pəncərəni örtdülər. Küçədəkilər üzlərini çevirib getdilər”.

Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.