Zorlanmaya görə ölüm hökmü verildi

75

 

Dəstə əsasən gənc və yeniyetmə qızlara təcavüz edib.

Hindistanda 18 yaşlı qızı zorlayan 3 nəfərə ölüm hökmü verilib.

Xalq.az  ANSPRESS-ə istinadən xəbər verir ki, 19 və 28 yaş aralarında olan 3 gəncin məhkəməsi başa çatıb.

Gənc qız ötən ay 3 nəfər tərəfindən vəhşicəsinə zorlanmışdı. Polis bu hadisədə günahkar bilinən şəxsləri yaxalaya bilib. Araşdırmalar zamanı məlum olub ki, bu onların birinci cinayəti deyil. Onlar bir neçə dəfə qrup şəklində qızlara hücum edib, onları zorlayıblar.

Dəstə əsasən gənc və yeniyetmə qızlara təcavüz edib. Hindistan prokurorluğu sübut edib ki, həmin gənclər ötən ilin iyul və avqust aylarında da bir neçə gənc qızı zorlayıb. Hücuma məruz qalan qadınlardan biri Hindistana reportaj hazırlamaq üçün gələn 22 yaşlı jurnalist olub.

Qeyd edək ki, ötən il Hindistanda qadınların zorlanma halları çoxluq təşkil edib.