Zvartnots hava limanından Ermənistan sərhədçiləri xidmət edəcək

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin Zvartnots hava limanında, Baqrataşen və digər buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

Xalq.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Erməni dilindən əlavə rus və ya ingilis dilini bilmək tələb olunur.

Qeyd edək ki, avqustun 1-dən Zvartnots hava limanından Rusiya sərhədçiləri çıxacaq və yalnız Ermənistan sərhədçiləri xidmət edəcək.