Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı

Siqaret

“Azərbaycanda bir ildə adambaşına 1877 siqaret çəkilir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Dünya Ağ Ciyər Fondu, Amerika Xərçəng Cəmiyyəti “Tütün Atlası” adlı hesabatında bildirir.

Dünyada ən çox siqaret Serbiyada çəkilir. Bu ölkədə bir ildə adambaşına 2861 siqaret istifadə edilir. Rusiyada isə bu rəqəm 2786-dır.

Ermənistanda bu göstərici 1620, Gürcüstanda isə 1039-dur.

Ən az siqaret isə Əfqanıstanda çəkilir. Burada adambaşına ildə cəmi 61 siqaret düşür.