Azərbaycanın ən uzun adamı (VİDEO)

Azərbaycanın ən uzun adamı Aqil Sadıqzadə Türkiyə mediasının da diqqətini cəlb edib.
XALQ.AZ-ın Media Təqib Mərkəzinin Facebook səhəfəsinə istinadən verdiyi məlumata görə, Türkiyənin “TRThaber” televiziya kanalı onun haqda xüsusi reportaj hazırlayıb. Xəbərdə bildirilir ki, A.Sadıqzadə 18 yaşında olarkən onun boyu 1 ay ərzində 21 santimetr uzanıb.

Həkimlər ona fiziki işlə məşğul olmamağı məsləhət görüb. Çünki bu zaman onun sümükləri əyilə bilər.