Cəbhədə gərginlik

63
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 97 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

 

İşğalçılar Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.

 


Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib.

 

Hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərin ölüm faktını təsdiqləyiblər.

 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.