Cəbhədən son xəbər

Gundem

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Kəngərli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, ötən gün də erməni silahlı bölmələri Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.