Cəmilə Dünyamalıyevanı oğlu qətlə yetirdi

15

Paytaxtda ailədaxili cinayət baş verib. Bu barədə “Axar.az” a Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib. İdarədən bildirilib ki, dükabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. M.Dünyamalıyev hadisəni törətdikdən sonra Xətai RPİ-nin 37-ci Polis Bölməsinə gedərək təslim olub. – See more at: http://axar.az/news/4563#sthash.wf2XwdSd.dpuf