İdmançımız ermənini sürüdü

Idman

Yeniyetmə idmançılar Rusiya və Qazaxıstan təmsilçiləri ilə eyni tatamini bölüşüblər. Kurort şəhəri kimi tanınan Anapada hər il ənənəvi olaraq düzənlənən yarışda Gəncə cüdoçuları Azərbaycan komandasının heyətində yer alaraq mübarizə aparıblar.

Turnirdə Nizami yurdunun 6 tatami ustası çıxış edib. Onlardan ikisi mükafatçılar sırasında yer alıb. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialından 90+ kq-da yarışan Ayxan Cəfərovla, 1 saylı Uşaq Gənclər İdman Məktəbindən 42 kq-da Vilayət Bayramov bürünc medal qazanıb.

“Dörd görüş keçirdim. Finala çıxışda uduzdum. 3-cü yer uğrunda görüşdə erməniyə qalib gəldim”- deyə Ayxan Cəfərov bildirib.

Anapa turnirindəki medal Ayxan Cəfərovun ilk belə uğuru deyil. Məşqçi Zamiq Kazımovun yetirməsi olan cüdoçu bundan öncə İranda keçirilən beynəlxalq yarışda gümüş mükafata layiq görülüb.

Təhsil idmançılarını qarşıda daha bir neçə məsul turnir gözləyir. Azərbaycan birinciliyi belə yarışlar arasında ən önəmlisidi.