Bakıda avtoxuliqan saxlanılıb

Hunday

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avtoxuliqan Sabunçu rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Keçirilən əməliyyat zamanı sentyabrın 26-sı saat 09:30-da Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi “Hyundai-Veloster” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması məlum olub. Məlum olub ki, sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.