Dima Bilan Bakıda fanatlarını coşdurdu (FOTO)

Dima

Rusiyanın məşhur müğənnisi Dima Bilan Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev sarayında sevənlərinin qaşısına çıxan rus müğənni konsertdə yeni mahnıları ilə yanaşı, repertuarında olan bir sıra hit mahnıları da səsləndirib.

Paytaxtımızda artıq 3-cü dəfədir olan Dima, burada fanatları tərəfindən hədiyyə yağışına tutulub.

Konsertdən olduqca razı qalan müğənni, daha sonra sosial şəbəkədə Bakı üçün darıxdığını, mehriban fanatlarının olduğunu bildirib.

Bir neçə saat davam edən konsertdə “Eurovision” təmsilçimiz Nigar Camal da səhnəyə çıxıb. Onlar birlikdə “Obnimi menya” (“Məni qucaqla”) adlı sevilən duetlərini ifa ediblər.

Konsertdən yaddaqalan görüntüləri təqdim edirik:

 

 

D-5

 

Dima

D-4