Avtobus qəzaya uğradı

Mikro

Bu gün səhər saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Astara istiqamətində olan “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn sərnişin daşəyan mikroavtobusla toqquşub.

Qəzanın təsirindən mikroavtobusun ön təkərləri çıxaraq yolun kənarına düşüb. Hadisə zamanı avtobusun sürücüsü xəasarət alıb. Səhər saatları olduğundan avtobusda sərnişin olmayıb.

Qəzanın “Mercedes”in sürücüsünün ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.