Quba-Xınalıq yolunda partlayış

Partlayis

Quba-Xınalıq yolunda çətin anlar müşahidə edilib. Payrtlayış olub, amma itki filan yoxdur.

Partlayış üçün hazırlıq işləri Quba-Xınalıq yolunun 54-cü kilometrliyində aparılır. Məqsəd yolun bu hissəsində sel sularının dağıtdiğı ərazilərdə yolun genişlənməsini təmin etməkdir. Partlayışla bağlı qazma işlərini Nəqliyyat Nazirliyinin 67 saylı yol istismar idarəsinin işçiləri aparır.

Sahə rəisi Ələddin Əzizov deyir ki, xüsusi partlayıcı maddələrdən istifadə edib, yolun daralmış hissəsində quyu qazıb onların vasitə ilə partladırıq.

Nəhayət hazırlıq işləri başa çatdı və Xınalıq yolunda partlayışa start verildi.

Qubadakş 6 saylı yol istismar idarəsinin əməkdaşları da işə cəlb olunublar.

Sahə rəisi Bilal Sultanov qeyd edir ki, 6 saylı yol istismar idarəsinin işçiləri həmin partlayışdan sonra asfalt örtüyünun üstünə tökülmüş torpaq qatını təmizləməklə məşğuldur.

57 kilometr uzunluğu olan Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yolun sel sularından ziyan çəkən daha bir neçə hissəsində də partlayış olunaraq genişləndirmə işləri həyata keçiriləcək.