Nazpəri Dostəliyeva qəza keçirib

25

 

Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın ayağı sınıb.

Xalq.az Axşam.az-a istinadən  xəbər verir ki, .

N.Dostəliyeva bunu, düşmənlərini sevindirməmək üçün uzun müddətdir gizli saxladığını bildirib:

“Ayağımın sınmasını mətbuatdan gizli saxlayırdım. Çünki düşmənlərimi sevindirmək istəmirdim. Sizinlə söhbətimdə təsadüfən ağzımdan çıxdı”.

Xalq artisti əməkdaşımızın 2-3 həftədir müsahibə istəyinə yox deməsinin səbəbini də bununla izah edib:

“Uzun zamandır müsahibəyə “sabah-sabah” deyib vaxtı uzadıram. Məni düz başa düşmənizi istəyirəm. Ayağım iki yerdən sındığı üçün bir aydır gipsdədir. Bir-iki günə açacaqlar. Qurban bayramından sonra görüşüb sizə sənətimlə bağlı bütün yenilikləri bildirəcəm”.