Qənirə Paşayeva “O”nu təqdim etdi

05
Milli Məclisin deputatı Qənirə Paşayevanın “O” kitabının təqdimatı olub. “O” kitabının satışından gələn bütün gəliri Qənirə Paşayeva ağır xəstəliyə düçar olmuş və uzun müddətli müalicəyə ehtiyacı olan bir şairimə bağışladığını bildirib.
“O…” adlanan yeni kitabda deputatın Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xəttlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir, desək yanlış olmazdı.
“Özümə yolçuluğ”a daxil olan birinci kitab “Məndən sonra…” adlanırdı və bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən “Özümə yolçuluq” seriyasından çıxan (və gələcəkdə çıxacaq) kitablar, anlamaq istəyən hər kəsə acıq olub, bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, ruhən “O”na bağlı olan, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləridir.

 

 

11 12 13 14 15 16 17 18 1920