Polis əməliyyat keçirdi-Həbs olunanlar var

Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. XALQ.AZ-a DİN-in mətbuat xidmətindən verdiyi xəbərə görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib:

“Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir