Rafiq Hüseynov Türkiyədə əməliyyat olundu

25

 

Xərçəngd xəstəliyindən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunub. Rafiq bəyin həyat yoldaşı Səbinə Hüseynlinin ANS PRESS-ə verdiyi məlumata görə, əməliyyat 4 saat davam edib və çətin keçib. Çətinliyi yaradan səbəb isə şişin ağciyər bronxlarında metastaz verməsi olub.

Səbinə xanım bildirib ki: “Əməliyyatın çətin keçməyinə baxmayaraq orqanizmin müqavimət qabiliyyəti yaxşı olub. Həkimlər dedilər ki, əməliyyat müddətində ciddi problemlər yaranıb. Ağciyərin üstündən şişi götürüblər. Əsas problem bronxlarda olub, ona görə də, bronxlarda da əməliyyat aparılıb. Xəstəliyin bronxlara metastaz verməsi ciddi problemdir”.

Eləcə də bildirilib ki, böyük ehtimalla ikinci dəfə də, əməliyyat keçirilə bilər və bundan sonra xalq artistinə kimya terapiya edilməlidir.