3 nəfər dəm qazından öldü

6

 

Dekabrın 10-da Bakıda daha bir nəfər dəm qazından boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayon sakini Davud Nəsirov yaşadığı evdə dəm qazından boğulub.

Bundan başqa dekabrın 10-da Abşeron rayonu Masazır kənd sakini Nüşabə Salamova, Ceyranbatan qəsəbə sakini Şəfiqə Nəbiyeva da yaşadıqları mənzillərində dəm qazından zəhərlənərək ölüblər.