Əhəd Abıyev 4 milyonluq binada işləyir?

9

Daşkəsəncamaatınıntəbirincə belə olanda icra başçısı yol «çəkmək»lə məşğul olur

 

Daşkəsəndə bir sıra abadlıq və quruculuq işləri həyata keçirilsə də, ortada qəribə korrupsiya hallarının da olduğu diqqəti çəkir. Xalq.az xəbər verir ki, Daşkəsən İcra Hakimiyyətinin sifarişləri əsasında həyata keçirilən işlərin bir çoxunda rəqəmlər üzərində ustalıqla deyil, çox kobud şəkildə oynanılıb.

 

Bununla bağlı vəziyyəti görmək üçün isə rəsmi rəqəmlərə diqqət yetirmək kifayət edir. Məsələn, Daşkəsən İcra Hakimiyyəti Daşkəsən şəhəri, Heydər Əliyev prospektində rayonun İcra Hakimiyyətinin inzibati binasının tikintisini həyata keçirir. Bu tikinti işlərini «Anar» firması reallaşdırır ki, həmin məqsədlə 4,19 milyon manat pul ayrılıb. Maraqlıdır ki, icra başçısı Əhəd Abıyev Daşkəsəndə özünə qəsr tikir, yoxsa inzibati bina? Bakıda bu məbləğə çoxmərtəbəli bina inşa etmək olar. Daşkəsəndə isə hələ həmin vəsaitin artırılması üçün mız-mızlananlar da var.

 

Əhəd Abıyevin qazanc mənbələrindən biri kimi yolların çəkilməsi göstərilir. Bu barədə iddialarda deyilir ki, Daşkəsən Şəhər İcra Nümayəndəliyi şəhərdaxili yolların təmir işlərini həyata keçirmək üçün 369 min manat pul ayırıb. “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən həyata keçirilən işlər isə yalnız kağız üzərində mövcuddur.

 

Amma yol çəkilişləri ilə bağlı ikinci dəfə də büdcədən pul ayrılıb. Bu dəfə təkcə təmir deyil, həmçinin abadlıq işləri də oraya calaq edilib və 1 998 499 manatlıq «iş» görüldüyü barədə sənəd də tərtib olunub.

 

Əvvəla, Daşkəsən şəhəri elə də böyük bir ərazi deyil. Dağlıq rayonda çoxsaylı yolların olması da inandırıcı görünmür. Üstəlik, rayon əhli deyir ki, Əhəd Abıyevin işi yamaq vurmaqdır, əsaslı təmirdən isə söhbət belə gedə bilməz. Bəs, belədirsə, o zaman üst-üstə 2,3 milyon manat pulun aqibəti necə olub? Əslində, Daşkəsən camaatı pulların hara yoxa çıxdığını yaxşı bilir. Elə buna görədir ki, icra başçısı ilə bağlı maraqlı bir deyim ortaya çıxıb. Belə ki, camaat yol çəkilişi görən kimi deyirlər ki, «Yəqin Əhəd Abıyevin narahpulu qurtarıb».

 

Daşkəsən rayon İcra Hakimiyyəti şəhərdəki H.Əliyev prospektində istinad divarlarının təmir işlərinin satın alınması işlərinə də az pul almayıb. “Dizayn Construction” MMC         tərəfindən həyata keçirilən işlər üçün 349303.7 manat pul ayrılıb.

 

Daşkəsən İcra Hakimiyyətinin əməllərinin üstünün açıldığı ən böyük hoqqa isə 80 min manatın «yeyil»məsi ilə müşahidə olunur. Belə ki, Daşkəsən şəhərində abadlıq-quruculuq üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması məhz qeyd olunan məbləğə başa gəlib. “Təmirçi” şəxsi kiçik müəssisəsi tərəfindən həyata keçirilən iş üçün bu qədər vəsaitin ayrılması göstərilib.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq