Tanınmış iş adamı qəza törətdi

 

85

Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsində, Zuğulba prospektinin üzü şəhərə tərəf gələn hissəsində paytaxt sakini, 1978-ci il təvəllüdlü Bəxşi Rasim Rafiq oğlu idarə etdiyi “Wolksvagen Tuareg” markalı, 90 SU 575 nömrə nişanlı avtomobillə piyadanı vurub. Nəticədə piyada, 1991-ci il təvəllüdlü Budaqov Vüqar Heydər oğlu ağır bədən xəsartətləri alıb və təcili tibbi yardım çatmadan keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü Rasim Bəxşi tanınmış iş adamıdır. O, HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.

 

31