Bakıda 45 minlik “Niva” (VİDEO)

Azərbaycanda avtomobil satışı ilə məşğul olan avtosalonlardan birinin rəsmi səhifəsində Rusiya istehsalı olan “Niva” markalı avtomobilin klip formatlı videosu paylaşılıb.

Klipdə göründüyü kimi, digər “Niva”lardan dəbdəbəli görünüşü və interyeri ilə ciddi şəkildə fərqlənən bu avtomobilin qiyməti də çox bahadır.

Avtomobilin ilk baxışda arxa işıqları və yan güzgülərində gözə çarpan fərq özünü salon hissədə də göstərir. Xüsusi dəri işləmələr və bort kompüterlə təchiz olunan avtomobilin qiyməti 45.000$-dır

XALQ.AZ bahalı “Niva”nın görüntülərini təqdim edir: