Prezident Administrasiyası qarşısında intihar cəhd olundu

 

 

39

Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü  Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında  yandırmağa cəhd etdi. Veteranın özünə qəsdə vadar edən səbəb məmur özbaşınalığıdır. F.Nəsibovun verdiyi məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət etsə də sözünü eşidən olmayıb. Veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb. F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

 

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı PA-nın qarşısına ailəsi ilə birlikdə gəlmişdi.

Bizimyol.info

22 23 24 25