Tanınmış jurnalist dünyasını dəyişdi

Jurnalist

Xalq.az-ın xəbərinə görə, 30 ilə yaxındır, jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı qaraciyər xəstəliyindən vəfat edib.
O, uzun illər “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.
R. Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.
O bu gün Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.